`Yaşadığım qadın məni döyür` - Bakıda polisə şikayət

`Yaşadığım qadın məni döyür` - Bakıda polisə şikayət
  15 Yanvar 2016    Oxunub:3951
Bakıda Böyük Britaniya vətəndaşı olan kişi qadından polisə şikayət edib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, 60 yaşlı Harrison Devid Corc polisə müraciət edərək Yasamal rayonunda kirayə qaldığı mənzildə birlikdə qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən döyüldüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, D.Corc “bp-Azerbaijan”da mühəndis vəzifəsində çalışır.


Teqlər:  



Xəbər lenti