14 ton ot kül oldu

14 ton ot kül oldu
  15 Yanvar 2016    Oxunub:1550
Ağstafa rayonunun Pirili kəndində Elman İbrahimova məxsus həyətdə yanğın baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakininin mal-qara üçün yığdığı 14 ton ot yanaraq yararsız hala düşüb.

Alovu söndürmək mümkün olmadığından kəndə Ağstafa YMH-nin canlı qüvvəsi və avtomobilləri çağırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində kənd sakininə məxsus 30 ton ot bağlamasının yarısından çoxunu söndürmək mümkün olub. Ətrafdakı tikililər, mal-qara yanğından zərər görməyib.

Yanğının baş vermə səbəbləri araşdırılır.


Teqlər:



Xəbər lenti