Mənşəyi məlum olmayan ət məhsulları aşkarlanıb

Mənşəyi məlum olmayan ət məhsulları aşkarlanıb
  04 İyul 2013    Oxunub:1759
Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada külli miqdarda mənşəyi məlum olmayan, təhlükəli ət məhsulları aşkar olunub.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi mənşəyi məlum olmayan ət məhsullarının satışı ilə bağlı daxil olan məlumat əsasında, o cümlədən istehlak bazarının keyfiyyətsiz, insan həyatı və sağlamlığına təhlükəli sayılan, standartların tələblərinə uyğun gəlməyən məhsullardan qorunması məqsədi ilə Sumqayıt şəhəri, 8-ci mkr. ərazisində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında dövlət nəzarəti həyata keçirib.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, yarmarkada özünü Sumqayıt şəhəri sakini kimi təqdim edən Səfərəliyev Kamil Sərdar oğlu və Xızı rayonu sakini kimi təqdim edən Ağayev Dünyamalı Ağa oğlunun satdıqları kolbasa məhsullarının uyğunluq və gigiyenik sertifikatları mövcud deyildir. Bu da “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə ziddir.

Həmçinin kolbasa məhsullarının daşınması, saxlanılması və satışı üçün nəzərdə tutulmuş tələblərin heç biri yerinə yetirilməyib. Belə ki, normativ sənəd AZS 281-2007 “Kolbasa məmulatları. Qablaşdırma, markalanma, daşınma və saxlanma” standartına əsasən (bənd 5.1.) kolbasa və sosiska məhsulları soyudulan və ya izotermik nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarab olan malların daşınması qaydalarına uyğun olaraq daşınmalıdır. Lakin kolbasa və sosiska məhsulları yarmarkaya satıcılar tərəfindən minik avtomobillərinin yük yerlərində, avtomobillərin salonunda ayaq altında, sanitariya qaydalarına və temperatur rejiminə riayət edilmədən gətirilirmiş. Məhsullar 00C-dən 80C-dək temperaturda soyuducularda saxlanmalı olduğu halda, burada açıq havada, günəş şüalarının altında, natəmiz piştaxtalarda və avtomobillərin yük hissəsində saxlanılır və əhaliyə satılırmış.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, məhsulların bir çoxunun markalanması belə aparılmamışdır. Standarın tələblərinə əsasən kolbasa məhsulları üzərində istehsalçı müəssisənin adı, ünvanı, əmtəə nişanı, məhsulun adı, növü, tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və saxlanma müddəti göstərilməlidir.

Orqanoleptik baxış zamanı məhsulların üzərinin kif qatı, bəzilərinin üzərinin seliklə bağlandığı, qidaya yararsız hala düşdüyü, kənar xoşagəlməz iyə malik olduğu müəyyən olunmuşdur. Götürülmüş nümunələrin laboratoriya sınaqları nəticələrinə əsasən yoxlanılan məhsullardan üzərində heç bir məlumatı olmayan bişmiş kolbasa məhsulunda, hisə verilmiş kolbasa məhsulunda, sosiska məhsulunda, üzərində istehsalçısı, istehsal tarixi qeyd olunmayan “İsgəndər Qida” nişanlı sosiska məhsulunda, “İsgəndər Qida” nişanlı “Kurinaya” bişmiş kolbasa məhsulunda mikrobioloji göstəricilərdən bağırsaq çöpləri qrupundan olan bakteriyalar və mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmləri aşkarlanmışdır.

Bu səbəbdən ümumi çəkisi 183 kq olan kolbasa və sosiska məhsulları utilizasiya barədə akta əsasən yandırılaraq məhv edilmişdir. Həmçinin ümumi çəkisi 118 kq olan kolbasa məhsulunun partiya satışının qadağan edilməsi barədə


Teqlər:  





Xəbər lenti