39 yaşlı nazir kimdir? - DOSYE

39 yaşlı nazir kimdir? - DOSYE
  15 Yanvar 2016    Oxunub:81325
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

AzVision.az xəbər verir ki, R.Quluzadə bu təyinatadək nazirin birinci müavini vəzifəsini icra edib.

O, 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbin məzunudur.

Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

O, Azərbaycan Respublikası prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

AzVision.az


Teqlər:  



Xəbər lenti