İpək Yolu YUNESKO-nun siyahısında
Qeyd edək ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – YUNESKO tarixi "İpək yolu” ilə bağlı layihələrində
dünya sivilizasiyaları tarixinin inteqral araşdırılması, Şərq və Qərb arasında sıx mədəni əlaqələrin yeni düzəndə bərpası, Avrasiya kontinentindəki dövlətlərin və xalqların qarşılıqlı münasibətlərinin dərinləşdirilməsi nəzərdə tutur. Dünya ictimaiyyəti Böyük İpək yolu intibahını planetin Şərq yarımkürəsindəki sivilizasiyaların iki minillik dialoqunun təzələnməsi və daha geniş qlobal məkana açılması kimi dəyərləndirir. Bu yolun üzərində və qollarında dünya mədəniyyətinin ən möhtəşəm maddi və mənəvi abidələri yaradılıb.
AzVision.az