Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı
  16 Yanvar 2016    Oxunub:3169
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,94 dollar və ya 6,28% ucuzlaşaraq 28,94 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 16-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,78 dollar və ya 5,71% azalaraq 29,42 dollar təşkil edib.

Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti