Bakıda evlər getdikcə ucuzlaşır - Cədvəl
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan ilkin mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 70,6%-ə bərabərdir.
İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, “28 May” m/st-nın yaxınlığında yerləşən 218 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 2800 ABŞ dolları təşkil edib. Ən ucuz mənzil isə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 58 kv.m olan 1 otaqlı yeni tikili mənzil bazara 400 $/kv.m qiyməti ilə təklif edilib.
Son ayda bаzаrdа təklif olunan ilkin mənzillərin ümumi orta sahəsi 22,4% artaraq 114,44 kv.m təşkil edib. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 62,08, ikiotaqlı 89,02, üçotaqlı 126,82, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 191,05 və 206,25 kv.m qeydə alınıb.
Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 29,1% artıb. Təklif üzrə ən çoх pay 3 otaqlılarda qеydə alınıb - 34,1%. Ümumi təklif portfelinin 24,9%-ni 1 otaqlılar, 22,5%-ni 2 otaqlılar, qalan 18,5%-ni isə çox otaqlılar təşkil edib.
Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Nərimanov, Sabunçu və Xətai rayonlarında azalıb, Suraxanı, Nəsimi, Yasamal və Sabunçu rayonlarında isə nisbətən artıb.
Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (958 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 65,9%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,48, orta sahə göstəricisi 114,44 kv.m, hər otağın orta satış qiyməti 48 min, mənzilin orta qiyməti isə 119 200 dolları təşkil еdib.(Trend)
AzVision.az