Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
  16 Yanvar 2016    Oxunub:2144
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,82 dollar, yaxud 2,60% ucuzlaşıb.
AzVision.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 30,72 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Teqlər:





Xəbər lenti