Vasif Talıbovun həyat yoldaşının səhhəti necədir?
Bu barədə AzVision.az-a S.Talıbovanın həkimi məlumat verib. Bildirib ki, S. Talıbova yaxın günlərdə reanimasiya şöbəsindən çıxarılacaq.
“Sevil xanım hazırda reanimasiya şöbəsindədir. Səhhətində müsbətə doğru irəliləyiş var. Onun sağalması üçün əlimizdən gələni edirik. Təhlükə artıq sovuşub. Narahat olmayın, xəstə mütəmadi olaraq həkim nəzarətindədir. Bir neçə gündən sonra onun reanimasiya şöbəsindən çıxarılması gözlənilir”.
Qeyd edək ki, bir neçə gün öncə səhhətində problem yaşanan Sevil Talıbova təcili helikopterlə Naxçıvandan Türkiyəyə aparılıb.
Onun qrip infeksiyasına yoluxduğu iddia edilir.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


