İstirahət günü hava yağışlı olacaq

İstirahət günü hava yağışlı olacaq
  16 Yanvar 2016    Oxunub:1621
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az- a verilən məlumata görə, yanvarın 17-də əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti