20 Yanvar günü bu yollar bağlı olacaq
Plana əsasən, Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Bakının Mikayıl Müşviqküçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində "Teleteatr" binasının qarşısından,Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadəküçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bununla əlaqədar Yol Polisi İdarəsi sürücüləri həmin gün göstərilən istiqamətlər üzərindən hərəkət edərkən alternativ yollara üstünlük verməyə, ümumiyyətlə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildiriblər ki, ümumiyyətlə, yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Vətəndaşların Şəhidlər xiyabanını ziyarət etməsi saat 11:00-dan başlayacaq və axşam saatlarınadək davam edəcək.
Qeyd edək ki, yanvarın 20-də saat 12:00-da bütün respublikada, o cümlədən paytaxtda bir dəqiqəlik sükut elan ediləcək, yollarda bütün avtomobillərdə siqnal, metroda qatarlar, dənizdə isə gəmilər dayanaraq eyni anda fit verəcəklər.(Ans)
AzVision.az