Şəhid ailələrinin də təqaüdü artdı

Şəhid ailələrinin də təqaüdü artdı
  16 Yanvar 2016    Oxunub:2255
Azərbaycanda “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilib.

Qeyd edilib ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2013, № 8, maddə 896) 1-ci hissəsində “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti