Sərhədi keçmək istəyən 10 əcnəbi tutuldu

Sərhədi keçmək istəyən 10 əcnəbi tutuldu
  16 Yanvar 2016    Oxunub:1682
Qeyri-leqal miqrasiya məqsədilə sərhədlərimizin pozulması hallarının qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla həyata keçirilir.
Yanvarın 15-də saat 2:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti