Nazirlik “Günəşli”də monitorinq aparır
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, ötən il ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 98 min 108 nümunə üzərində 125 min 435 analiz edilib.
Xəzər dənizinin Azərbaycan sektorunda 4 min 775 nümunə üzərində 52 min 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb. “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda bu işlər davam etdirilir. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


