İlham Əliyev Davosa gedir

İlham Əliyev Davosa gedir
  17 Yanvar 2016    Oxunub:3017
Azərbaycan prezidenti İlham Əliyev gələn həftənin əvvəlində İsveçrənin Davos şəhərində işə başlayacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.

Bu haqda Türkiyənin “Habertürk” qəzeti məlumat yayıb.

Bildirilib ki, forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib. Habelə Türkiyənin baş naziri Əhməd Davudoğlu Londona bu gün başlayan səfərini başa vurandan sonra Davos forumuna qatılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti