Məşhurların polis, diplomat övladları... - Siyahı

Məşhurların polis, diplomat övladları... - Siyahı
  17 Yanvar 2016    Oxunub:7342
Sənət adamlarının özləri qədər onların övladları da insanların maraq dairəsindədir. Bəzi məşhurlar övladlarını mediadan kənar tutsa da, bəzilərinki valideynləri qədər məşhurdur. Onların xarici görünüşləri, geyim tərzləri, təhsil və peşələri insanlarda maraq yaradır.
Bəs yerli məşhurların övladları hansı peşənin sahibidirlər?

AzVision.az xəbər verir ki, musavat.com yerli sənət adamlarının övladları barədə yazı hazırlayıb və onların peşələrini öyrənib:

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva aktrisadır.

Xalq artisti, mərhum kaman ustası Habil Əliyev oğlu Rəvan Habiloğlu müğənnidir.

Xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva diplomatdır. O, YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışır.

Xalq aristi, xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova atasının sənətini davam etdirir. O da tanınmış xanəndədir.

Xalq artisti, aktyor Ramiz Novruzun oğlu Cavidan Novruz aktyor və müğənnidir.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ifaçılıqla məşğuldur.

Şair Vüqar Əhmədin qızı Almaxanım Əhmədova müğənnidir.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Bərdəli müğənnidir.

Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın oğlu Ələkbər də ifaçıdır.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə təhsil alır. O, eyni zamanda müğənniliklə məşğuldur.

Əməkdar artist Röyanın oğlu Hüseyn bu il birinci sinfə qəbul olunub.

Əməkdar artist Ədalət Şükürovun qızı Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Ə.Şükürovun oğlu isə tələbədir.

Müğənni Elşad Qarayevin oğlu Rəvan Qarayev də atasının peşəsini davam etdirir.

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun modelyerdir, o peşəsi ilə bağlı Türkiyədə təhsil alır. Müğənninin digər qızı Yağmur isə bu il birinci sinfə qəbul olunub.

Müğənni Nura Surinin böyük oğlu Xosrov Londonda təhsil alır. Qeyd edək ki, o, yüksək balla universitetə qəbul olub.

Müğənni Roza Zərgərlinin oğlu Corc aktyordur. Qızı Bənövşə isə tələbədir.

AzVision.az


Teqlər:





Xəbər lenti