12:00-da bütün qatarlar dayanacaq
`Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bu il də "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq`.
O həmin gün vaqonlarda musiqi səsləndirilməyəcəyini, 12:00-da bütün qatarların dayandırılacağını bildirib
N.Paşayev qeyd edir ki, bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək və qatarlar fit verəcək.
N.Paşayev əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.







Vaxtında, Aydın, Lazımlı!


