Hesablama Palatası Gömrük Komitəsi ilə razılaşdı

Hesablama Palatası Gömrük Komitəsi ilə razılaşdı
  18 Yanvar 2016    Oxunub:1887
Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında Razılaşma Memorandumu imzalanıb.
Palatadan bildirilib ki, memorandum Hesablama Palatasının və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədilə imzalanıb. Memorandumun əsas məqsədi Hesablama Palatasına və Dövlət Gömrük Komitəsinə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin koordinasiyası və əməkdaşlığının gücləndirilməsidir.

Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti