`İlham Əliyev Ağ Evdə etiraz etmişdi...` - Novruz Məmmədov

`İlham Əliyev Ağ Evdə etiraz etmişdi...` - Novruz Məmmədov
  18 Yanvar 2016    Oxunub:3906
“Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran İslam Respublikası üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini Novruz Məmmədov deyib. Onun sözlərinə görə, rəsmi Bakı dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünür:

`Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda, müasir beynəlxalq aləmdə dövlətlərarası, sivilizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır.

İran İslam Respublikası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi”, - deyə N. Məmmədov vurğulayıb.


Teqlər:  



Xəbər lenti