Pensiya alanlara daha bir şad xəbər

Pensiya alanlara daha bir şad xəbər
  18 Yanvar 2016    Oxunub:6935
2016-cı ilin yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək.
AzVision.az xəbər veriri ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, fond yanvar ayının pensiyalarının maliyyələşdirilməsini başa çatdırıb. Belə ki, ötən ilin yekunları üzrə fondda təqribən 107 milyon manat məbləğində sərbəst vəsaitin yarandığını nəzərə alaraq sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başlanıb.

Fondun rəhbəri bildirib ki, fevralın 1-nə əmək pensiyasının baza hissəsi avtomatlaşdırılmış sistemə qoşulacaq və pensiyaçılar artıq gələn aydan (2016-cı ilin martından) pensiayalarını 10 faizlik əlavə ilə alacaqlar: "Əmək pensiyasının baza hissəsinin artırılması DSMF-nin qeydiyyatında olan bütün pensiyaçılara şamil ediləcək. Dövlət qulluqçusu işləyən və bu kateqoriyaya bərabər tutulan pensiyaçılar istisna təşkil edəcək, çünki onların pensiyalarının artırılması bilavəsitə əməkhaqları ilə bağlıdır".


Teqlər:  





Xəbər lenti