Gömrükdən daha bir yenilik - Video

Gömrükdən daha bir yenilik - Video
  18 Yanvar 2016    Oxunub:2554
Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edir.
Qurumdan “AzVision.az-a daxil olan məlumata görə, vətəndaşlar artıq idxal-ixrac əməliyyatları haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edə biləcəklər.

Bunun üçün vətəndaşlar şəxsi kabinetə daxil olduqdan sonra Sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat düyməsini sıxaraq açılan səhifədə Yeni mal bəyan et bölməsini seçməlidirlər: “Üç bölmədən birincisi sürücü haqqında məlumat bölməsidir. Burada siz şəxsiyyətinizi təsdiq edən sənədi, nömrəsini, soyad, ad və ata adı, vətandaşlığı, ünvan və telefon nömrəsi bölmələrini düzgün doldurun.

İkinci bölmədəki doldurulacaq xanalar nəqliyyat vasitəsinə aid məlumatlardır. Bunlar nəqliyyatın növü, markası, dövlət nömrə nişanı, şassi, ban nömrəsi, buraxılış ili və mənsub olduğu ölkə başlıqlı xanalardır.

Son olaraq digər məlumatlar bölməsi doldurulmalıdır. Bu isə istiqamət, nəqliyyat marşrutu, ölkəyə giriş-çıxış ehtimal olunan sərhəd-gömrük məntəqəsi və təsdiq üçün şəkildəki kodu daxil etmə xanalarından ibarətdir”.




Teqlər:  





Xəbər lenti