Bakıda səfirliklərin əməkdaşları üçün təqdimat keçiriləcək

Bakıda səfirliklərin əməkdaşları üçün təqdimat keçiriləcək
  04 İyul 2013    Oxunub:1039
Azərbaycan İncəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçiriləcək
9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, “Səba” ticarət markası və Artişok şirkətinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş səfirlik əməkdaşları üçün “Azərbaycan İncəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçiriləcək.

Ekspozisiyada Qədim Azərbaycan maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri, Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, 12-19-cu əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, döyüş əlbisələri, 18-ci əsrə aid kaşı üzlüklər, məişət və mərasim ayinləri ilə əlaqədar hazırlanmış dulusçuluq və metal əşyalar nümayiş etdiriləcək.

Bunlarla yanaşı, ekspozisiyada müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti