Dəm qazı faciəsi: 6 ölü

Dəm qazı faciəsi: 6 ölü
  18 Yanvar 2016    Oxunub:2058
Azərbaycanda dəm qazı can almaqda davam edir.
AzVision.az- ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 17-də Binəqədi rayonu ərazisində yaşayan Zərifə Salmanova, Yasamal rayonu ərazisində yaşayan Ramiz Zeynalov, Sumqayıt şəhərində yaşayan Nicat Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Yanvarın 12-də Abşeron rayonu ərazisindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Gülər Şirinova yanvarın 17-də orada ölüb. Araşdırmalarla onun qidadan deyil, dəm qazından zəhərlənməsi müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti