AzVision.az xəbər verir ki, Azərbaycanda doğulub-böyüyən fotoqraf Bakını hələ də unutmadığını deyib. Boris Dobin 20 Yanvar faciəsinin canlı şahididir.
.jpg)
Hazırda “İsrail-Azərbaycan” Assosiasiyanın üzvü olan B. Dobin o günləri belə xatırlayır: “1990-cu ilin yanvar ayında İsraildən Bakıya gəlmişdim. Vəziyyətin çox gərgin olmasına baxmayaraq, həyat davam edirdi. 19-u axşam dostlarımla “İnturist” mehmanxanasına getdik. Lakin axşam saat 10-da birdən sükut çökdü. Televiziya və radioların səsi kəsildi. Bu vəziyyət bizə qəribə gəldi və dostlarla sağollaşıb evə getdik. Mən Moskva prospektində yerləşən mənzilimə çatandan sonra şəhərdə silah səsləri eşidilməyə başladı”.
.jpg)
Fotoqraf faciənin şokundan hələ də ayılmadığını bildirib: “20 yanvar faciəsinin səhəri gün idarə rəisi mənə zəng edərək bildirdi ki, şəhərin infrastrukturuna dəyən ziyanı dəqiqləşdirmək üçün küçələri gəzməliyik. Bu görüntülər dəhşətli idi. Tanklar Bakını pis vəziyyətə salmışdı. Bilərəkdən səkinin üzərində dayanan avtomobillərin də üzərindən keçmişdilər. Küçə ilə gəzmək qorxu ili idi. Küçələr meyitlərlə dolu idi. Bəlli idi ki, əsgərlər heç bir müqavimət göstərməyən silahsız insanları güllələmişdi. Ordunun 19-dan 20-mə keçən gecə Bakıda törətdiyi qətliam əsl faşizm idi. Çünki buna başqa ad vermək olmaz. Bu anları unutmaq mümkün deyil. 20 yanvardan sonra bizim şəhərə qaranlıq çökdü”.
.jpg)
B.Dobin deyir ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndləri hər zaman mehriban qonşuluq münasibətlərində yaşayıblar: “Mən azərbaycanlılar arasında anadan olub, böyümüşəm. Sərbəst Azərbaycan dilində danışıram və bu millətin ağrısı mənim ağrımdır. Bütün olanları düşünəndə hesab edirəm ki, burada günahkar şəxslər yuxarıda əyləşən “siyasətçiləridir” .
İlkin Nəcəfzadə







Vaxtında, Aydın, Lazımlı!


