Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  18 Yanvar 2016    Oxunub:2192
Azərbaycanda 2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4 380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb.

Bu dövrdə gəlirlərin 72,1%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox vəsait qalıb.




Teqlər:  





Xəbər lenti