Oqtay Əsədov deputata ordeni təqdim edib

Oqtay Əsədov deputata ordeni təqdim edib
  04 İyul 2013    Oxunub:1233
Oqtay Əsədov Asim Mollazadəyə “Şöhrət” ordenini təqdim edib.
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından “Şöhrət” ordenini təqdim edib.

DİP-dən AzVision.az-a verilən məlumata görə, spiker Asim Mollazadənin ölkənin ictimai-siyasi həyatındakı rolunu, parlamentdəki fəaliyyətini, eyni zamanda, Azərbaycanın maraqlarını xaricdə uğurla təmsil etməsini yüksək qiymətləndirib.

O.Əsədov A.Mollazadəyə “Şöhrət” ordeni ilə yanaşı Milli Məclis adından təbrik məktubunu da təqdim edib.


Teqlər:





Xəbər lenti