Azərbaycanın inkişafı üçün önəmli SƏRƏNCAM

Azərbaycanın inkişafı üçün önəmli SƏRƏNCAM
  18 Yanvar 2016    Oxunub:10433
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmini, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmini tənzimləyən normativ hüquqi aktların layihələrini bir ay müddətinə hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etmələri tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, ixrac məlumat bazasının (elektron portal) formalaşdırılmasını təmin etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti