Pulsuz hepatit müayinələri keçirilir

Pulsuz hepatit müayinələri keçirilir
  18 Yanvar 2016    Oxunub:1884
Bu gündən Respublika Müalicə Diaqnostika Mərkəzində (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlanılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişat haqda vətəndaşı məlumatlandırmaqdır.

Bildirilib ki, hepatit müayinələri ən son üsul olan kartest test vasitəsi ilə həyata keçirilir: “Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqda məlumat ala biləcək”.

Qeyd edək ki, RMDM-də əvvəllər də analoji aksiyalar təşkil olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti