Qatarlar dayanacaq, həyəcan fiti veriləcək

Qatarlar dayanacaq, həyəcan fiti veriləcək
  18 Yanvar 2016    Oxunub:1715
20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.
“Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olmuş və yaralanmış dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti