DSX-nin mətbuat mərkəzindən
AzVision.az-a verilən məlumata görə, yanvarın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkarlanıb. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanılıblar. Onların üzərində külli miqdarda narkotik vasitə - 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkarlanaraq, götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az