Siqaret ucuzlaşmayıb: `İnsanlar panikaya düşüblər`
Paytaxt mağazalarına baş çəkərək siqaretin qiyməti ilə maraqlandıq. Satıcıların AzVision.az-a bildirdiyinə görə, siqaretin qiymətinin ucuzlaşması xəbəri həqiqəti əks etdirmir:
“Biz bu barədə məlumat alandan sonra firmalarla əlaqə saxladıq. Bildirildi ki, siqaretin ucuzlaşması yalan məlumatdır. Alıcılar irad bildirirlər ki, siqaret ucuzlaşıb, siz niyə qiymətləri aşağı salmamısınız?. Bu məlumatlar insanları panikaya salıb, heç bir ucuzşalmadan söhbət gedə bilməz. Qiymətlərdə dəyişiklik yoxdur”.
Köşklərdə və mağazalarda apardığımız müşahidələr zamanı eyni mənzərə ilə rastlaşdıq. Satıcılar qiymətin düşmədiyini bildirdilər.
"European Tobacco Baku" ASC-dən da siqaretin qiymətinin düşməsi ilə bağlı xəbəri təkzib etdilər. Bildirdilər ki, hazırki durumda bu məsələ gündəmdə deyil.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


