Valyuta bazarı necə tənzimlənəcək? - Parlamentdə ciddi müzakirə

Valyuta bazarı necə tənzimlənəcək? - Parlamentdə ciddi müzakirə
  19 Yanvar 2016    Oxunub:8122
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.
AzVision.az-ın məlumatına görə, iclasda Azərbaycanda valyuta bazarının tənzimlənməsini nəzərdə tutan layihələrin müzakirəsi keçirilir.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iclasda iştirak edirlər.

İclasın gündəliyinə 7 məsələ daxildir. Parlament komitələrinin birgə iclasında "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini, "Valyuta tənzimi haqqında" qanun layihəsini və digər məsələlər müzakirə edilir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti