5 min dollaradək kreditlərə güzəşt oluna bilər

5 min dollaradək kreditlərə güzəşt oluna bilər
  19 Yanvar 2016    Oxunub:20935
“5000 dollara qədər olan kreditlərə güzəşt oluna bilər. Hazırda bu məsələ hökumətin gündəliyindədir”.

Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: “5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti