AXCP ilə Müsavat arasında yeni qalmaqal: `Satqınsınız...`

AXCP ilə Müsavat arasında yeni qalmaqal: `Satqınsınız...`
  19 Yanvar 2016    Oxunub:3820
Müsavat Partiyası ilə Əli Kərimlinin AXCP-si arasında yeni qalmaqal yaşanır.
AzVision.az-ın məlumatına görə, Müsavat başqanının müavini Osman Kazımov Əli Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib.

O. Kazımov “Facebook” səhifəsində yazıb: “Müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Əli Kərimli bu təklifə qarşı çıxıb. Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və Milli Şuranın maraqları düşündürür”.



O.Kazımovun bu statusu cəbhəçilər arasında etirazla qarşılanıb. Əli Kərimlinin Facebook komandası hücuma keçərək Müsavatla bağlı sərt fikirlər bildirib, Arif Hacılının partiyasını `satqın` adlandırıblar.

Partiya nümayəndələri bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər.

Qeyd edək ki, Əli Kərimlinin bundan öncə verdiyi müsahibədə Müsavatı satqın adlandırması yeni qarşıdurmanın təməlini qoyub.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti