Mərkəzi Bankın sədri: 1 dollar 2 manat olmayacaq

Mərkəzi Bankın sədri: 1 dollar 2 manat olmayacaq
  19 Yanvar 2016    Oxunub:4462
“Manatın məzənnəsinin kəskin qalxacağı, 1 dolların 2 manat səviyyəsində olacağı haqda yayılan xəbərlər əsassızdır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.

Baş bankir 40 milyard dollar həcmində valyuta ehtiyatının oldunu diqqətə çatdırıb: “Bu, milli və daxili vəsaitindən də çoxdur. Bu, sabitlik komfortudur. Bizə yeni manevr etmək üçün bu vəsait kifayətdir. Ona görə strateji ehtiyatlarla ehtiyalı davranmalıyıq. Biz borca düşmüş dövlətlərin vəziyyətini görürürk. Onlar dövlət müstəqilliklərini qoruya bilmirlər. Biz 3 ay bazardan valyuta aldıq. İyundan başlayaraq neft yenidən ucuzlaşdı. Bu da vəziyyəti kəskinləşdirdi. Deyirlər ki, vaxt itirdik. Bu, kənardan elə görünür. Lakin biz gördük ki, manatın kursunu stabilləşdirmək mümkün deyil. Ona görə üzən məzənnəyə keçməyə məcbur olduq”.

E.Rüstəmov qeyd edib ki, hazırda manatın məzənnəsini sabit saxlamaq üçün neftin qiymətini 25-30 dollar ətrafında planlaşdırmaq lazımdır.

“İqtisadiyyatımız neftin qiymətlərinə uyğunlaşmalıdır. Neftin qiyməti düşür və stabilləşməni bunun əsasında aparmalıyıq. Bizə həmçinin Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə göstərmək tapşırılıb. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici faktorlardan asılıdır.

Biz bazara kifayət qədər valyuta veririk. Bunlar elektron auksion vasitəsilə şəffaf şəkildə həyata keçirilir. İnsanları sakitliyə çağırıram. Ciddi təlaşa ehtiyac yoxdur. Bank sektoru kifayət qədər sabitdir. Azərbaycan Beynəlxalq Bankının restruktizasiyası da addım-addım həyata keçirilir”.

Baş bankir qeyd edib ki, devalvasiya ən çox bank sektoruna təsir edib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti