Kredit təşkilatları filiallarını bağlayır
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyevanın sözlərinə görə, hazırda bank olmayan kredit təşkilatları gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır.
“Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”, - Jalə Hacıyeva belə deyib.
AzVision.az
Teqlər: