`Günəşli`dəki qəza Xəzəri çirkləndirməyib
Bundan başqa, 2015-ci il ərzində Ətraf mühitin mühafizəsi ilə əlaqədar 3 132 akt və 983 protokol tərtib olunaraq və 1 640 “məcburi göstəriş” verilib. 910 iş üzrə 1 294 030 manat cərimə tətbiq edilərək, 419 iş üzrə 847 358 manat iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, İcra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Həmçinin, hesabatda o da qeyd edilib ki, 2015-ci ildə 396,44 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,52 mln. ədəd nərəcinsli, 178,22 min ədəd qızılbalıq körpələri artırılaraq su hövzələrinə buraxılıb.Hazırda Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilən müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilən ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınan kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.
Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.







Vaxtında, Aydın, Lazımlı!


