Sosial müavinətlərlə bağlı sərəncam verildi

Sosial müavinətlərlə bağlı sərəncam verildi
  19 Yanvar 2016    Oxunub:2449
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərman imzalayıb.
AzVision.az xəbər verir ki, sənədə əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:  



Xəbər lenti