Bakıda azad iqtisadi zona yaradılır - Layihə prezidentə göndərilib
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə bu təklifin həyata keçirilməsi iqtisadi canlanma yarada və qeyri-neft sektoruna təkan verə bilər. Həmçinin bu zona regionda yükaşırma, paketləmə, saxlama işlərini həyata keçirmək üçün mühüm rol oynayacaq.
Baş direktor bildirib ki, layihənin ilkin planı hazırlanaraq dövlət başçısına göndərilib və müsbət rəy alınarsa, layihənin həyata keçirilməsinə başlanılacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


