Timoşenkonu həbs edən hakim işdən qovuldu

Timoşenkonu həbs edən hakim işdən qovuldu
  19 Yanvar 2016    Oxunub:2608
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin keçmiş baş naziri Yuliya Timoşenkoya hökm oxuyan hakim Rodion Krieevi işdən çıxarıb.
AzVision.az Ukraynna KİV-lərinə istinadən xəbər verir ki, hakimin işdən çıxarılmasına səbəb kimi, onun hakim andını pozduğu göstərilir.

Rəsmi açıqlamada bildirilib ki, hakim Timoşenkonu əsassız yerə həbs etməklə, ölkə qanunlarını pozub.

Qeyd edək ki, sabiq baş nazir Y.Timoşenko 2011-ci ildə vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittihamı edilərək tutulmuşdu. O, məhkəmənin hökmü ilə 7 il müddətinə həbs cəzasına məhkum edilmişdi. Timoşenko Ukraynada Yanukoviç hakimiyyəti devriləndən sonra azadlığa buraxılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti