Pansionatın sakini Həbib Qəmbərov onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün sakinlər adından minnətdarlığını bildirdi.
Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış oldu, otaqları gəzdi. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondu da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur - qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir.
Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması oldu.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansağlığı və uğurlar arzuladı.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


