“Azərsu”dan maaşların gecikməsi ilə bağlı Açıqlama

“Azərsu”dan maaşların gecikməsi ilə bağlı Açıqlama
  20 Yanvar 2016    Oxunub:2512
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şirkətdə maaşaların gecikdirilməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, “Azərsu” rəsmisi təmsil etdiyi qurumda maaş probleminin olmadığını bəayn edib:
uzaq və qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yaymaqda qınayıb: ““Azərsu” ASC-də heç bir əmək haqqı böhranı yoxdur. Bütün təşkilatlarımız noyabr ayının maaşlarını tam bağlayıb və şəxsən mən dekabrın da maaşını almışam. Eyni zamanda Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Tağıyev adına, Kür Su təchizatı idarələri, Sukanal ETLİ, Sutikinti müəssisəsi, Xətai Sukanal, Bakı Sukanal idarələr, Mərkəzi Laboratoriya və s müəssisələrimiz də dekabrın maaşlarını alıb, digərləri isə ayın sonuna qədər alacaqlar”.

AzVision.az


Teqlər:  



Xəbər lenti