ATƏT PA sədri Azərbaycana gəlir

ATƏT PA sədri Azərbaycana gəlir
  20 Yanvar 2016    Oxunub:1916
ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanerva Azərbaycana səfər edəcək.
AzVision.az-ın xəbərinə görə, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib.

O, səfərin yanvarın 24-dən 25-dək davam edəcəyini bildirib: “Səfər çərçivəsində bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq”.

Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin yeni tərkibinin təsdiq edildiyini deyən B.Muradova bildirib ki, nümayəndə heyətinin tərkibində dəyişikliklər olub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti