`Büdcədə lazımı düzəlişlər ediləcək` - Maliyyə naziri

`Büdcədə lazımı düzəlişlər ediləcək` - Maliyyə naziri
  20 Yanvar 2016    Oxunub:2491
Əmək haqlarının artırılması üçün maliyyə təminatının yaradılması, eyni zamanda məcburi köçükünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir:

`Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır`.

Nazir əlavə edib ki, büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək: "İlk növbədə müəyyən qiymət artımı ilə əlaqədar hansı ki, manatın yeni məzənnə siyasəti ilə bağlıdır, bu artımların təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Yəni, bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq`.

Qeyd edək ki, büdcədə neftinin baza qiymətinin 30 dollar/barelə qədər azaldılması nəzərdə tutulub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti