İpoteka şərtləri sadələşdirilir - Tezliklə qərar veriləcək
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq.
`İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o, bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin.
İpoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur. Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına, faiz məsələsinə yenidən baxılmasına ehtiyac var`.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


