Prezident azərbaycanlı milyarderlə görüşdü

Prezident azərbaycanlı milyarderlə görüşdü
  21 Yanvar 2016    Oxunub:20406
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Görüşdə qeyd olundu ki, “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

AzVision.az


Teqlər:  



Xəbər lenti