Vasif Talıbov çempionu təbrik edib

Vasif Talıbov çempionu təbrik edib
  05 İyul 2013    Oxunub:5383
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa çempionatında birinci yerə layiq görülməsi münasibətilə təbrik edib
AzVision.az xəbər verir ki, iyulun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şahmat üzrə məktəblilər arasında Avropa çempionu, Naxçıvan Şahmat Mərkəzinin yetirməsi Rauf Murtuzovla görüşüb.

Rauf Murtuzov bu il iyunun 20-dən 28-dək Serbiya Respublikasının Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında birinci yerə layiq görülmüşdür. Ali Məclisin Sədri Rauf Murtuzovu məktəblilər arasında Avropa çempionatında birinci yerə layiq görülməsi münasibətilə təbrik etmiş,onun məşqçisi Talıb Babayevə təşəkkür etmiş və onları mükafatlandırıb.


Teqlər:





Xəbər lenti