Polis əməliyyat keçirdi: silah-sursat tapıldı
Digər əməliyyat isə Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşları tərəfindən yanvarın 12-də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb. V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.







Vaxtında, Aydın, Lazımlı!


