Amal Kluni ermənilərin oyununda - FAKT

Amal Kluni ermənilərin oyununda - FAKT
  21 Yanvar 2016    Oxunub:6435
Son zamanlar insan haqları vəkili, dünya şöhrətli aktyor Corc Kluninin (George Clooney) xanımı Amal Kluninin (Amal Clooney) Xədicə İsmayılın vəkili olacağı məsələsi gündəmə gəlib. Azərbaycanda çoxumuzun bundan bixəbər olduğumuz halda, Ermənistanda Klunu-Xədicə söhbəti böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə botlar artıq işə salınıb.



Başda Aram Hamparyan olmaqla erməni təşəbbüskarlar, Amal Kluninin NBC telekanalında `Meet the Press` - Mətbuatla Görüş proqramına verdiyi müsahibəsinin Xədicə İsmayılova ilə bağlı olan hissəsinin görüntülərini yayırlar. Özü də azərbaycan dilində alt yazı ilə...

Həmin hissədə Amal Kluni Avropa İnsan Haqları Məhkəməsində jurnalist kimi təqdim etdiyi Xədicə İsmayıla vəkillik edəcəyini deyir.

Maraqlıdır ki, Aram Hamparyan Amal Kluninin videosunu paylaşdığı postda eyni anda Azərbaycana qarşı sanksiyalara çağırışın yer aldığı səhifənin linkini də paylaşıb. Bu, açıq şəkildə o deməkdir ki, Amal Kluninin Xədicəyə vəkillik etməsi də Azərbaycana qarşı təzyiq strategiyasının tərkib hissəsidir. Üstəlik, məlumat ermənilər bütün sosial şəbəkələrdə tez-tez istifadə etdikləri #StopAliyev haştaqına yerləşdirilib. Yəni hər şey ortadadır.



Çağırışda seçiçilərə müraciət edilir ki, onlar anti-Azərbaycan qətnaməsinə səs vermələri üçün seçdikləri senatorlara təzyiq göstərsinlər.

Ermənilərin bu cür canfəşanlığı açıq-aydın göstərir ki, Amal Kulunin yeni işi onların `proyekti`dir. Aram Hamparyan ANCA - Amerika Erməni Milli Komitəsinin üzvüdür və güman ki, bu “layihə”ni maliyyələşdirən də elə ANCA-dır.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə Amal Kluni sevgisi heç də erməni dostlarınınki qədər çox deyil. Low Rider adlı tvitter istifadəçisi “Amal, yəhudilərə xüsusi nifrət bəsləyən bir ailənin üzvüdür. Onun özü də yəhudilərə nifrət edir. O, çox vicdansız, qorxulu bir vəkildir!..”- deyə, ANCA-nın tvitter hesabına etiraz ünvanlayıb.



Bəli, Rider kimi istifadəçilər az deyil, onlar məhz ANCA-ya etiraz edirlər, nə Xədicəyə, nə Amalı efirə çıxaran NBC telekanalına, nə də sözügedən müsahibəni məqsədli şəkildə paylaşan “Amerikanın Səsi”nə...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  



Xəbər lenti