Gültəkin Hacıbəylinin böyük yalanı üzə çıxdı
(Qeyd edək ki, G.Hacıbəyli 9 yaşlı oğlunun öz doğma atası ilə görüşməsinə 9 il idi icazə vermirdi. M.Mehdiyev isə bu hüququndan istifadə etmək, övladını görə bilmək üçün məhkəmələrə müraciət etmişdi).
Amma bu gün məlum olub ki, G.Hacıbəyli ictimaiyyəti aldadıb. Belə ki, M.Mehdiyev virtualaz.org-a açıqlamasında keçmiş həyat yoldaşının bu bəyanatını çirkin yalan adlandırıb.
“Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin “uşaq atasının kim olduğunu bilmir” sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm” - deyə M.Mehdiyev bildirib.
Bu açqılamada da göründüyü kimi, siyasi xadim olan G.Hacıbəyli oğlunun əlindən alınması yalanını uyduraraq cəmiyyəti aldatmağa cəhd göstərib. Hələ hüquqi normativlər heç, adicə bəşəri qanunlar da atanın öz övladını görmək haqqını tanıyır. Bütün xalqın hüquqlarını qorumaq iddiasına düşən G.Hacıbəyli bu təbii hüququ necə inkar edə bilər?!
Çox maraqlıdır ki, ölkədə hakimiyyətə gəlmək istəyən müxalifətçi siyasi qüvvə - Milli Şura da “böyük siyasi fəhm” göstərərək bu gün eks-deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu ilə bağlı məhkəmə qərarına etiraz bəyanatı yayıb. Sənəddə deyilirdi: “Demokratik Qüvvələrin Milli Şurası iyulun 4-də Nəsimi Rayon Məhkəməsinin keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsini siyasi təzyiq kimi qiymətləndirir. Azərbaycan məhkəmə tarixində analoqu olmayan bu qərar hakimiyyətin siyasi oponentlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir və Gültəkin Hacıbəylinin siyasi baxışları ilə bağlıdır. Baş verən hadisə hakimiyyətin siyasi mübarizədə bütün hədləri aşmasının, mənəvi dəyərləri pozmasinın təzahürüdür. Milli Şura qəti şəkildə siyasi mübarizədə ailə münasibətlərinə bu formada kobud müdaxiləni yolverilməz sayır”.
Bunu şərhsiz də buraxmaq olardı. Amma indi Milli Şuraya bu bəyanatı təkzib edən ikinci bəyanatla çıxış etmək qalır...
Virtualaz.org